İran Prezidenti adından   saxta xəbərlər yayılır - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İran Prezidenti adından saxta xəbərlər yayılır - VİDEO

Dünya

27 Sentyabr 2025 12:47 348


“İran Prezidenti Məsud Pezeşkian bir universitetdə türk dilində danışanda mollalar reaksiya göstərib. Pezeşkian türk dilində danışmağa davam edərkən mollalardan birinə “otur yerinə” deyərək çıxışıb. Baş verənlərdən sonra mollalar da türk dilində danışmağa başlayıblar”.

Yenisabah.az xəbər verir ki, Türkiyə mediasında belə saxta xəbərlər tirajlanmağa başlayıb.

Lakin hadisənin türk dili ilə heç bir əlaqəsi yoxdur. Bu, seçki müzakirəsidir və hər iki tərəf Təbrizdə olduqları üçün müzakirənin əvvəlindən etibarən Azərbaycan dilində danışırlar. Marqarita pizza

Qeyd edək ki, 2024-ci ilin fevralında Təbriz Universitetində Pezeşkianın  qalmaqal yaradan debatı baş tutub. Hazırda paylaşılıb, saxta tirajlanan xəbərlər də həmin debata aid görüntülərdən hazırlanıb.

Xatırladaq ki, Məsud Pezeşkian həmin vaxt deputat və həkim olaraq fəaliyyət göstərib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!