İran prokuroru  Kamran Əliyevi istintaqın gedişatı haqqında məlumatlandırdı

saytların hazırlanması

Evə çatdırılma

İran prokuroru Kamran Əliyevi istintaqın gedişatı haqqında məlumatlandırdı

Maraqlı

14 Fevral 2023 15:09 686


Fevralın 13-də qarşı tərəfin təşəbbüsü ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montəzeri arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Montəzeri yanvarın 27-də Azərbaycanın Tehrandakı Səfirliyinin binasında törədilmiş cinayət hadisəsinə görə təəssüf hissi keçirdiyini bildirərək, Azərbaycan xalqına, zərərçəkmişlərin ailə üzvlərinə başsağlığını ifadə edib. İranın Baş prokuroru azərbaycanlı həmkarını cinayət işinin istintaqının gedişatı haqqında ətraflı məlumatlandırıb. pizza mizza

Kamran Əliyev Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı törədilmiş terror aktını pisləyərək Azərbaycanın aidiyyəti istintaq qurumunda cinayət işinin istintaqının davam etdiyini həmkarının diqqətinə çatdırıb. O, İran tərəfindən cinayət işinin tam və hərtərəfli araşdırılmasının, bütün iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunmasının, bu terror aktının törədilməsinə səbəb və şəratinin araşdırılmasının zəruriliyini vurğulayıb.

Sonda hər iki tərəf bu cinayət işinin nəzarətdə saxlanmasına və qarşılıqlı hüquqi yardım çərçivəsində əməkdaşlıq edilməsinə dair razılıq əldə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!