İran dövlət televiziyası müəyyən vəsait qarşılığında 5 xarici casusun sərbəst buraxılması haqqında məlumat yayıb.
Yenisabah.az “IRIB”ə istinadla xəbər verir ki, məlumat adının çəkilməsini istəməyən bir rəsmiyə istinadla açıqlanıb.
ABŞ-la Tehran arasında razılığa əsasən, Birləşmiş Ştatlarda dondurulmuş İran fondunun 7 milyard dollarının qaytarılması müqabilində cəzalarının bir hissəsini çəkmiş 4 Amerika casusu sərbəst buraxılacağı elan edilib. Söhbət ata və oğul-Namazilər, ekoloq Murad Tahbaz və iş adamı Emad Edvard Şərqidən gedir. Pepperoni pizza
Eyni zamanda, İngiltərənin 400 milyon funt sterlinq ödəməsi müqabilində də 1 casusun azad olunacağı bildirilib. Bu, İran əsilli jurnalist Nazənin Zərqari-Retkliffdir.
Bu gün “Tehran Times” qəzetində də eyni iddianı təsdiqləyən məlumat dərc olunub.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays artıq İran dövlət televiziyasının məlumatını təkzib edib. Böyük Britaniya XİN-dən də eyni reaksiya verilib.
İran XİN-in sözçüsü Səid Xətibzadə isə bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən, pul qarşılığında casus mübadiləsini təkzib edib.
Telegram kanalımız