İran Qafanda baş konsulluğu niyə açıb?   - Nazir danışdı

saytların hazırlanması

Evə çatdırılma

İran Qafanda baş konsulluğu niyə açıb? - Nazir danışdı

Rəsmi

09 Oktyabr 2022 11:15 1441


İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian ölkəsinin Ermənistandakı Qafan şəhərində ilk baş konsulluq açmasından danışıb.

Yenisabah.az-ın məlumatına görə, nazir bildirib ki, Qafanda baş konsulluq iki ölkə arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək məqsədilə açılıb.

“Bu qərar sayəsində biz yaxın gələcəkdə İran-Ermənistan münasibətlərinin genişlənməsinin və dərinləşməsinin şahidi olacağıq”, - deyə Hüseyn Əmir Abdollahian əlavə edib. Dominos pizza

Onun sözlərinə görə, İranın 13-cü hökuməti bölgədə iqtisadi siyasəti gücləndirməyi, Şimal-Cənub tranzit yolunun dinamikliyini hədəf seçib

Xatırladaq ki, İran Qafanda baş konsulluğu bu ilin avqustunda açıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!