“İran qazının Avropaya nəqlinə Moskva maneə törədir“ - Ekspert

saytların hazırlanması

Evə çatdırılma

“İran qazının Avropaya nəqlinə Moskva maneə törədir“ - Ekspert

Rəsmi

16 Fevral 2022 18:12 2386


"Ruslar İranın Avropa qaz bazarına belə asanlıqla daxil olmasına imkan verməyəcək".

Yenisabah.az "Entexab"a istinadla xəbər verir ki, bunu iranlı siyasi iqtisad ekspert Əlireza Soltani deyib.

Onun sözlərinə görə, Moskva İranın Avropa qaz bazarına girişinin qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcək. Dördpendirli pizza

"Onlar Avropanın öz gücünü itirməsi və Rusiyadan qaz asılılığının artmasını istəyir", - deyə Əlireza Soltani əlavə edib.

Ekspertin fikrincə, Tehran Ukrayna böhranından heç nə qazanmayacaq.

"İran şah dövründə tikilən kəmərlə Rusiyaya qaz ixrac edə və Rusiyanın mövcud nəqli şəbəkəsi ilə mavi yanacaq Avropaya göndərilə bilər. Bu yolla İran qazının Avropaya nəqli ilə bağlı rusları hərəkətə keçməyə sövq etmək olar. 

Ümumiyyətlə, İranın qaz bazarı regional bazardır. Oman, Küveyt, BƏƏ, Hindistan, Əfqanıstan, Pakistan, İraq və Türkiyə, gələcəkdə isə Suriya İran qazını istəyir. Bunlar İran üçün əsas nəql istiqamətləidir. Hədsiz daxili istehlak və sahəyə sərmayə qoyuluşunun azlığı ucbatından İslam Respublikası yalnız regional qaz bazarına arxalanmalıdır". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!