İran quru sərhədlərini bağlayır

saytların hazırlanması

Evə çatdırılma

İran quru sərhədlərini bağlayır

Rəsmi

25 Dekabr 2021 17:42 1043


İran yeni növ koronavirus (COVID-19) infeksiyasının Omikron ştamına yoluxma hallarının artmasına görə quru sərhədlərini bağlayır.

Yenisabah.az xəbər verir ki, bu haqda qərarı İranın Koronavirusla Mübarizə Qərargahı qəbul edib.

Bildirilib ki, İranın Türkiyə, İraq, Əfqanıstan, Azərbaycan, Ermənistan və Pakistanla quru sərhədləri bu gündən etibarən 15 gün müddətinə qapadılır. pizza hut

Diqqətə çatdırılıb ki, pandemiya başlayandan bəri İranın Türkmənistanla quru sərhədləri bağlıdır.

Qadağa təhsil və ticarət (biznes) vizası olanlara, iş, müalicə və investisiya sənədləri olanlara şamil olunmur./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!