İran rəsmiləri başsağlığı üçün Azərbaycan səfirliyinə gəldi

saytların hazırlanması

Evə çatdırılma

İran rəsmiləri başsağlığı üçün Azərbaycan səfirliyinə gəldi

Dünya

27 Dekabr 2024 15:15 288


İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə və digər dövlət rəsmiləri Azərbaycanın bu ölkədəki səfirliyini ziyarət edərək başsağlığı verib.

Yenisabah.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

İran rəsmiləri təyyarə qəzasında insanların həlak olması ilə bağlı İran höküməti və xalqının başsağlığını çatdırıb, kitaba ürək sözlərini yazıblar. pizza mizza

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!