İran rəsmisi Bakıya niyə gəlib? - İlham Əliyevlə danışıqlar gözlənilir

saytların hazırlanması

Evə çatdırılma

İran rəsmisi Bakıya niyə gəlib? - İlham Əliyevlə danışıqlar gözlənilir

Siyasət

08 Yanvar 2025 12:31 1581


İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Bakıya gəlib.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bu barədə Şura məlumat yayıb.

Məlumatda bunun təhlükəsizlik diplomatiyasına uyğun olaraq və Cənubi Qafqaz regionu ölkələri ilə siyasi-təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədi ilə azərbaycanlı və erməni həmkarlarının dəvəti ilə əvvəlcədən planlaşdırılmış səfər olduğu bildirilir. Toyuqlu pizza

Bakı hava limanına Əli Əkbər Əhmədianı Azərbaycanın Milli Təhlükəsizlik Şurasının rəhbəri Ramil Usubov qarşılayıb.

İranlı rəsmi Bakı və İrəvanda vəzifədaşlarından başqa, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.

Siyasi, təhlükəsizlik, müdafiə və iqtisadi sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi, o cümlədən enerji, dəhlizlər və Cənubi Qafqaz regionunda sülh və sabitliklə bağlı məsələlərdə qarşılıqlı əlaqələrin artırılması üçün məsləhətləşmələr bu səfərin məqsədlərindəndir.

Xatırladaq ki, yanvarın 7-də yerli televiziya kanllarına müsahibəsində İlham Əliyev rəsmi Tehranın ünvanına bir sıra ittihamlar səsləndirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!