İran TŞ katibi İrəvanda Paşinyanla görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

İran TŞ katibi İrəvanda Paşinyanla görüşəcək

Dünya

09 Yanvar 2025 09:54 357


İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Ermənistanda bir sıra görüş keçirib.

Yenisabah.az Fars-a istinadla xəbər verir ki, o, Cənubi Qafqaz ölkələri ilə siyasi-təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyan səfər çərçivəsndə artıq Azərbaycanda olub.

İrəvanda Əhmədian erməni vəzifədaşı Armen Qriqoryanla görüşüb, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyanla bir masa arxasında oturacaq. pizza

Siyasi, təhlükəsizlik, müdafiə və iqtisadi sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi, o cümlədən enerji, dəhlizlər və Cənubi Qafqaz regionunda sülh və sabitliklə bağlı məsələlərdə qarşılıqlı əlaqələrin artırılması danışıqların əsas mövzuları olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!