İran Rubionun təklifini rədd etdi

saytların hazırlanması

Evə çatdırılma

İran Rubionun təklifini rədd etdi

Dünya

24 Aprel 2025 15:01 229


İran zənginləşdirilmiş uranı daxildə zənginləşdirmək əvəzinə xaricdən idxal etməsi tələbini rədd edib.

Yenisabah.az Shafaqna-ya istinadla xəbər verir ki, bunu ABŞ ilə danışıqlarda iştirak edən İran nümayəndə heyətinə yaxın bir İran rəsmisi deyib.

Təklifi ABŞ dövlət katibi Marko Rubio irəli sürüb. Marqarita pizza

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp martın əvvəlində İranın ali dini lideri Əli Xamneyiyə yeni nüvə sazişi təklif edən məktub göndərərək diplomatik səylərin nəticəsiz qalacağı təqdirdə hərbi əməliyyatlarla hədələyib. Buna cavab olaraq İslam Respublikasının rəhbərliyi Vaşinqtonda rəhbərliklə birbaşa danışıqların mümkünlüyünü istisna edərək, qapını yalnız üçüncü ölkələrin vasitəçiliyi ilə dialoq üçün açıq qoyub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!