İran - Rusiya oyunu azarkeşsiz keçirilə bilər

saytların hazırlanması

Evə çatdırılma

İran - Rusiya oyunu azarkeşsiz keçirilə bilər

İdman

08 Mart 2023 13:09 803


İran - Rusiya yoxlama matçı azarkeşsiz keçirilə bilər. 

Yenisabah.az xəbər verir ki, görüş martın 23-də Tehranda ölkənin ən böyük stadionu olan  “Azadi”də oynanılacaq. 

“RB Sport”un məlumatına görə, İran qarşılaşmanın azarkeşsiz olub-olmayacağına hələ yekun qərar verməyib. Çox güman ki, İran Futbol Federasiyası azarkeşlərin tribunalara daxil olmasını qadağan edəcək.  Pepperoni pizza

Xatırladaq ki, Rusiya millisi Ukrayna ərazisinə silahlı müdaxiləyə görə bütün beynəlxalq rəsmi turnirlərdən kənarlaşdırılıb. Valeri Karpinin baş məşqçilik etdiyi komanda DÇ-2022-ni buraxıb. Həmçinin Rusiya millisi Avro 2024 və Millətlər Liqasının seçmə mərhələləri üçün püşkatmada da iştirak etməyəcək.

Rusiya millisi 2022-ci ildə üç yoldaşlıq oyunu keçirib. Komanda Qırğızıstanı (2:1) məğlub edib, Tacikistan (0:0) və Özbəkistanla (0:0) bərabərə qalıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!