İran rusiyalılar üçün ölkəyə giriş qaydalarını dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

İran rusiyalılar üçün ölkəyə giriş qaydalarını dəyişdi

Dünya

29 Avqust 2025 23:59 473


Artıq rusiyalılar İrana vizaları yalnız Rusiya turoperatorları ilə əməkdaşlıq edən islam ölkəsinin turizm şirkətləri vasitəsilə ala biləcəklər.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) İranın Moskvadakı səfirliyinə istinadla məlumat yayıb.

Məlumata görə, vizaları müstəqil qaydada rəsmiləşdirmək qadağan olunub. Dominos pizza

Səfirlikdə qeyd edilib ki, məhdudiyyətlər Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə bağlıdır və “arzuolunmaz şəxslərin” ölkəyə daxil olmasının qarşısını almağa yönəlib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!