İran şahının gəlini Bakıda - Video

saytların hazırlanması

Evə çatdırılma

İran şahının gəlini Bakıda - Video

Maraqlı

03 İyul 2023 16:10 1728


İran şahının varisi Rza Pəhləvinin arvadı Yasmin Pəhləvi Bakıya gəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, "Instagram" səhifəsində məlumat yayıb.

Bakı çimərliklərinin birində çəkilmiş videosunu sosial şəbəkədə paylaşan Y. Pəhləvi şərhində qeyd edib: Marqarita pizza

““İlk dəfə Xəzər dənizinə qədəm basmağımın dərin duyğu və şərəfini sizlərlə bölüşmək istədim, əzizlərim. Vətənimə yaxın olmaq məni çox sevindirdi. Məsafə bir neçə saatlıqdan çox deyil. Kaş İran sahillərində addımlayaydım. Çarəsizlikdə də bir ümid yaranır. Qaranlıq gecənin sonu ağ gündür”.

Y. Pəhləvi Bakıya kimin dəfəti ilə gəldiyini yazmayıb. İddialara görə onun qardaşı Azərbaycanda bizneslə məşğuldur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!