İran səfiri: Ermənistanla ticarəti 3 milyarda çatdırmaq istəyirik

saytların hazırlanması

Evə çatdırılma

İran səfiri: Ermənistanla ticarəti 3 milyarda çatdırmaq istəyirik

Rəsmi

14 Noyabr 2023 12:45 1221


İranın Ermənistanla ticarət və iqtisadi əlaqələr yaxşı inkişaf edir.

Yenisabah.az Fars-a istinadla xəbər verir ki, bunu İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sobhani deyib.

O, iki qonşu ölkə arasında ticarət dövriyyəsinin artdığını vurğulayıb. Sezar pizza

Səfir bildirib ki, Ermənistana İran qazının ixrac həcmini artıra bilər:

"Bu saziş bizi qaz müqabilində Ermənistandan elektrik enerjisi idxalını üç, hətta dörd dəfə artırmağa vadar edib. Bizim Ermənistanla çox yaxşı layihələrimiz, üçüncü elektrik ötürücü xətti məsələsi var. Ümid edirəm ki, yaxın aylarda layihə tamamlanacaq".

Mehdi Sobhani xatırladıb ki, İran Ermənistanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmağı planlaşır. O, ötən il 711 milyon dollar olan ticarət dövriyyəsinin bu il 1 milyard dollara çatacağına ümid etdiyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!