İran səfiri: İrəvandan möhkəm zəmanət verib ki...

saytların hazırlanması

Evə çatdırılma

İran səfiri: İrəvandan möhkəm zəmanət verib ki...

Dünya

06 Fevral 2025 17:49 268


Ermənistan hakimiyyəti bizə açıq şəkildə bildirdi ki, ABŞ və Ermənistan arasında bu yaxınlarda imzalanmış sənəd İran-Ermənistan münasibətlərinə qarşı yönəlməyib və İran-Ermənistan münasibətlərinə və İranın maraqlarına xələl gətirəcək heç bir addım atmayacaqlarını vurğulayıblar.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani fevralın 6-da jurnalistlərlə görüşündə belə deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Ermənistan və İran hakimiyyəti arasında qarşılıqlı anlaşma var və hər iki tərəf dərindən dərk edir ki, ikitərəfli münasibətlər iki ölkə xalqlarının rifahı naminə inkişaf edir. pizza

Səfir əlavə edib ki, bu qarşılıqlı anlaşma inkişaf proseslərinin idarə olunmasına və əlaqələrin möhkəmlənməsinə imkan verir.

Sobhani ABŞ-ın İrana təzyiqinin əks nəticə verdiyini və ABŞ-dan maksimum təzyiq olacağı təqdirdə İranın maksimum müqavimət siyasətini tətbiq edəcəyini vurğulayıb.

Onun sözlərinə görə, İran və Ermənistan ABŞ-ın İrana maksimum təzyiqi fonunda həmişə münasibətlər qura bilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!