İran səfiri: “Şimal-Cənub Dəhlizi 3 ölkə üçün çox vacibdir“

saytların hazırlanması

Evə çatdırılma

İran səfiri: “Şimal-Cənub Dəhlizi 3 ölkə üçün çox vacibdir“

Rəsmi

07 Oktyabr 2022 11:31 1184


“Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanlarından istifadə edərək, üç ölkənin sıx əməkdaşlığı ilə Rusiya və digər ölkələrdən müxtəlif istiqamətlərə kənd təsərrüfatı məhsullarının daha asan çıxışı təmin edilə bilər".

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İslam Respublikasının Azərbaycandakı səfiri Abbas Musəvi bildirib.

O, İran, Rusiya və Azərbaycan Respublikasının bu dəhlizə böyük əhəmiyyət verdiyini vurğulayıb: Sezar pizza

A. Musəvi əlavə edib: "İran regional və qlobal tranzit oxu kimi mövcud infrastrukturunu, o cümlədən elevatorlar, anbarlar, dəmir yolu və avtomobil nəqliyyatı şəbəkələrini inkişaf etdirməyə hazırdır. Bu, Rusiyadan Fars körfəzinə və onun hüdudlarından kənara taxıl və digər kənd təsərrüfatı məhsullarının tranzitini asanlaşdıracaq".

Səfir bildirib: "Şübhəsiz ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanlarından tam istifadə etməklə, üç ölkə - İran, Rusiya və Azərbaycan Respublikası sıx əməkdaşlıqla, Rusiya və digər ölkələrdən dünyanın müxtəlif istiqamətlərinə taxıl və digər kənd təsərrüfatı məhsullarının ən qısa müddətdə və ən az xərclə daha asan çıxışını və daha sürətli daşınmasını təmin edə biləcək". 

Sonda diplomat qeyd edib: "Son zamanlar İranın Şanxay müqaviləsinə tam qoşulması ilə Şimal-Cənub və Şərq-Qərb dəhlizləri vasitəsilə taxıl və digər malların tranziti sahəsində daha yaxşı və sıx regional əməkdaşlıq üçün yeni imkanlar yaranıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!