İran səfiri və Mariya Zaxarova media mövzusunda danışdı

saytların hazırlanması

Evə çatdırılma

İran səfiri və Mariya Zaxarova media mövzusunda danışdı

Rəsmi

25 Mart 2022 18:55 435


İranın Moskvadakı səfiri Kazem Cəlali Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ilə görüşərək media və kommunikasiya sahəsində ikitərəfli və beynəlxalq məsələləri müzakirə edib.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, görüşdə səfir qlobal hadisələri işıqlandırmaqda medianın gücü və əhəmiyyətinə toxunub. Həmçinin, Qərb ölkələrinin media dalğası qarşısında iki ölkə arasında əməkdaşlığın və koordinasiyanın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

O, iki ölkənin mediası rəhbərləri arasında ünsiyyətin bərpasına çağırıb. Sezar pizza

Zaxarova, həmçinin iki ölkə arasındakı dostluq münasibətlərinə görə təklifləri alqışlayıb və iranlı jurnalistlərin Rusiyanın siyasi və media dairələrində daha çox iştirakına çağırıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!