İran İslam Respublikasının Ukraynadakı səfirliyi bəyan edib ki, bütün İran vətəndaşları və tələbələr istənilən vasitə ilə Ukraynanı tərk etməlidirlər.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, səfirliyin açıqlamasında daha sonra qeyd olunub:
"Əgər Ukraynanı tərk etmək üçün şərtlər uyğun olmazsa, onlardan şəhər və əyalət hakimiyyətləri tərəfindən təqdim edilmiş təhlükəsiz yerlərdə və sığınacaqlarda yerləşdirilmələri təkidlə xahiş olunur". Marqarita pizza
Diplomatik missiya İran vətəndaşlarına hərbi və həssas mərkəzlərə yaxınlaşmaqdan çəkinməyi tövsiyə edib.
"Mövcud vəziyyətdə Ukrayna səmasının bağlı olduğunu nəzərə alaraq, uçuş icazəsi almaq üçün səfirliyin Ukrayna hökuməti ilə məsləhətləşmələri məhdudiyyətlərin qaldırılacağı təqdirdə davam edəcək və daha sonra növbəti elanlarda açıqlanacaq", - deyə İran səfirliyi qeyd edib.
Telegram kanalımız