“İran sənə heykəl qoymalı idi” - Pənah Hüseyndən deputata irad

saytların hazırlanması

Evə çatdırılma

“İran sənə heykəl qoymalı idi” - Pənah Hüseyndən deputata irad

Siyasət

29 May 2025 11:23 1067


“Kim kimə qulluq edir, baxın. İran sənə niyə güllə atıb, - bilmirəm, əslində, heykəl qoymalı idi. Cahildilər də”.

Yenisabah.az xəbər verir ki, bu sözləri TV Musavat-ın efirində Pənah Hüseyn deyib.

Deputat Fazil Mustafa ilə debata çıxan siyasətçi həmsöhbətinin bir sıra fikirlərinə kəskin etiraz edib: Sezar pizza

“Nə danışırsan?! Sən bu millətdə ancaq elə Novruzəlini görürsən? Amma Novruzəli də bizimkidir.

Dövləti quran Rəsulzadədir, Xoyskidir. Diqqət elə, molla ailəsindən çıxmayan və Rusiya təhsili alıb milli xadimə çevrilmiş nə qədər adam saya bilərsən?

ONların əksi Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadədir!

Deməli, beynimizi yumaq və kimliyimizi məhv etmək istəyənlərin əsas arqumenti o idi ki, İslam cəhalətdir və siz bataqlığın içindəsiniz”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!