İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadla "Kommersanr" qəzetu məlumat yayıb.
ŞƏT-ə qoşulma prosedurunun başlaması Tacikistanda keçiriləcək sammitdə elan ediləcək. pizza mizza
Şanxay Əməkdaşlıq Təşkilatının sammiti sentyabrın 16-17-də Düşənbədə keçiriləcək.
Hazırda təşkilatın üzvləri Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır.
"Komersant" qeyd edir ki, ŞƏT-ə üzv olma prosesi daha uzun çəkə bilər.
Rusiyanın İrandakı səfiri Levan Caqaryan daha əvvəl "RİA Novosti"yə açıqlamasında bildirib ki, Moskva Tehranın ŞƏT-ə tam üzvlüyünə dair müraciətini dəstəkləyir, çünki Rusiya və İran bir sıra beynəlxalq və regional məsələlərdə mövqeləri yaxındır və üst-üstə düşür.
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan liderlərinin təsis etdiyi daimi hökumətlərarası beynəlxalq təşkilatdır.
ŞƏT-in yaradılmasına dair bəyannamə 15 dövlətin başçılarının 15 iyun 2001-ci ildə Şanxayda keçirilən görüşündə imzalanıb.
2017-ci il iyunun 9-da təşkilata üzv ölkələrin liderləri Hindistan və Pakistanın quruma qəbulu ilə bağlı qərar imzalayıb.
ŞƏT-də müşahidəçi ölkələr hazırda Əfqanıstan, Belarus, İran və Monqolustandır, tərəfdaş ölkələr Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri Lankadır.
Telegram kanalımız