İran silahlanır: Tehran Rusiyadan döyüş təyyarələri alacaq

saytların hazırlanması

Evə çatdırılma

İran silahlanır: Tehran Rusiyadan döyüş təyyarələri alacaq

Rəsmi

26 Dekabr 2022 08:01 680


Rusiya yaxın vaxtlarda İrana Su-35 döyüş təyyarələri göndərəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə İsrailin "i24news" telekanalı Moskva və Tehran arasında hərbi sövdələşmələri izləyən Qərb kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb. 

Kanal bildirir ki, bu döyüş təyyarələri Misir üçün nəzərdə tutulan 24 ədəd Su-35 qırıcısıdır. ABŞ-ın təzyiqindən sonra Misir qırıcıları almaqdan imtina edib. pizza

Kəşfiyyat mənbələrinin məlumatlarına görə, iranlı pilotlar artıq bu təyyarələrdə təlim keçir. Bundan əlavə, Tehran Moskvadan hava hücumundan müdafiə sistemləri alacaq. 

Bildirilir ki, İran öz növbəsində Rusiyaya əlavə 300 ədəd "Şahed-136" kamikadze pilotsuz uçuş aparatları verəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!