İran Suriyaya qoşun göndərir? - Abbas Əraqçi açıqladı

saytların hazırlanması

Evə çatdırılma

İran Suriyaya qoşun göndərir? - Abbas Əraqçi açıqladı

Siyasət

03 Dekabr 2024 22:27 834


"İran Suriyaya qoşun göndərə bilər".

Oxu.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Arabi əl-Cədid" nəşrinə müsahibəsində deyib.

O bildirib ki, Suriya hökuməti İrandan qoşun yeritməyi xahiş edərsə, Tehran bu tələbi nəzərə alacaq. Sezar pizza

Bundan başqa, nazir qeyd edib ki, o, Suriyadakı hadisələri müzakirə etmək üçün Rusiyaya səfər etməyi planlaşdırır.

Əraqçi onu da əlavə edib ki, hazırda İran ABŞ ilə danışıqlara başlamaq niyyətində deyil:

"Belə bir dialoq üçün heç bir əsas yoxdur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!