İrandan təxliyə edilən diplomatlar harada yerləşdirilib? - XİN susur

saytların hazırlanması

Evə çatdırılma

İrandan təxliyə edilən diplomatlar harada yerləşdirilib? - XİN susur

Siyasət

20 İyun 2025 15:29 523


İsrail-İran müharibəsinin ilk günlərindən Tehranda fəaliyyət göstərən səfirliklər ölkədən çıxamağa başlayıb.

Yenisabah.az xəbər verir ki, müxtəlif ölkələrin vətəndaşları Astara sərhəd-buraxılış məntəqsi vasitəsilə bir-bir təxliyə olunur. Azərbaycan sərhədini ilk keçən qazaxıstanlılar, daha sonra Rusiya vətəndaşları olub.

Daha sonra Azərbaycanın Tehrandakı səfirliyinin işçiləri ailə üzvləri ilə birlikdə ölkəyə qayıdıblar. pizza sifarişi

Artıq Tehranda bir çox diplomatik nümayəndəliklər minimum heyətlə fəaliyyət göstərir, bəzi səfirliklər isə ümumiyyətlə bağlanıb.

Hazırda Astara şəhərində bir çox ölkənin, o cümlədən Çin, Macarıstan, Bolqarıstan, Belçika və digər Avropa dövlətlərinin diplomatları toplaşıb. Bu addım diplomatik heyətin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. Onlar öz ölkələrinin İranda qalan vətəndaşlarının təxliyəsinə birbaşa nəzarət edirlər. 

"Yeni Sabah" xarici səfir və diplomatların harada yerləşdirilməsi ilə bağlı daha ətraflı məlumat öyrənməyə çalışıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirib ki, mövzu ilə bağlı hər hansı bir açıqlama yoxdur.

Etibarlı mənbələrədən əldə olunan məlumatlara görə, bir çox diplomatlar ölkələrinin Bakıdakı səfirliklərinə sığınıb. Onların digər hissəsi isə hotellərədə yerləşdirilib. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!