İran Trampı “İnterpol” xətti ilə axtarışa verdi

saytların hazırlanması

Evə çatdırılma

İran Trampı “İnterpol” xətti ilə axtarışa verdi

Dünya

29 İyun 2020 16:41 960


İran Ali Məhkəməsi Donald Trampı İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin öldürülməsinə görə “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilməsini tələb edir.

Yenisabah.az bildirir ki, bu barədə xəbəri İranın “Mehr” agentliyi yayıb.

Xəbərdə bildirilir ki, Tehran prokuroru Əli Mehr Qasım Süleymaninin öldürülməsində ABŞ hərbçiləri və siyasi xadimləri də daxil olmaqla, 36 nəfərin iştirakının müəyyənləşdirildiyini bildirib. Dominos pizza

"İranlı generalın ölümündə əli olan şəxslər “qətl törədilməsi” və “terrorçuluqda” ittiham olunur, ABŞ Prezidenti Donald Trampın adı isə bu siyahıda birincidir", - deyə Ə.Mehr vurğulayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri Qasım Süleymani yanvarın 3-də ABŞ Hərbi Hava Qüvvələrinin Bağdad Hava limanı yaxınlığında raket hücumu nəticəsində öldürülüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!