İran Türkiyə ilə sərhəddə hərbi təlimlərə başladı

saytların hazırlanması

Evə çatdırılma

İran Türkiyə ilə sərhəddə hərbi təlimlərə başladı

Rəsmi

23 Oktyabr 2022 23:02 1334


İran ordusu Qərbi Azərbaycan vilayətində, İraq və Türkiyə ilə sərhəddə hərbi təlimlərə başlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Manevrlər xüsusilə Pasve və Piranşəhr yaşayış məntəqələri ərazisində təşkil olunub. Sezar pizza

Hərbi təlimlərin keçirilməsində məqsəd bölmələrin döyüş hazırlığının artırılması və gecə saatlarında hərəkətlərin işlənib hazırlanmasıdır.

Qeyd edək ki, bundan əvvəl İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Araz çayı sahilində, Azərbaycan Respublikası ilə sərhəddə irimiqyaslı hərbi təlim keçirib.

Təlimə regional Aşura qərargahı komandanlıq edib. Təlimlər hərbi manevr döyüş hazırlığının artırılması və yoxlanılması məqsədilə keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!