İran Türkiyə istiqamətində raket atılması barədə məlumatları təkzib etdi

saytların hazırlanması

Evə çatdırılma

İran Türkiyə istiqamətində raket atılması barədə məlumatları təkzib etdi

Siyasət

14 Mart 2026 00:58 738


İran Türkiyə istiqamətində raket buraxmadığını bildirib və bu məlumatları ABŞ və İsrailin təxribatı hesab etdiyini açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının nümayəndəsi bəyan edib.

"İran İslam Respublikasının Silahlı Qüvvələri dost və qonşu Türkiyə istiqamətində hər hansı raket buraxılışını təkzib edir. ABŞ və İsrailin əvvəlki təxribatlarını nəzərə alsaq, görünür ki, belə bir addım İran və Türkiyə arasındakı münasibətləri korlamaq məqsədilə onlar tərəfindən atılıb. Məsələ araşdırılmalıdır", - deyə İran dövlət televiziyası bəyanatdan sitat gətirib. pizza hut

Qeyd edək ki, martın 13-də Türkiyənin Müdafiə Nazirliyi Aralıq dənizində NATO qüvvələri tərəfindən İrandan buraxıldığı və Türkiyənin hava məkanına daxil olduğu bildirilən ballistik raketin məhv edildiyini açıqlamışdı. Bu, martın 4-dən bəri üçüncü belə hadisə olub. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!