İrandan Türkiyəyə təbii qazın nəqli oktyabrın 9-dək dayandırılacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin BOTAŞ şirkəti açıqlama yayıb.
Bildirilib ki, İran-Türkiyə Təbii Qaz Boru Kəmərində aparılacaq planlı yoxlama və təftiş işləri ilə əlaqədar olaraq Gürbulak giriş məntəqəsindən təbii qazın nəqli paylayıcı şəbəkə ilə 8 gün mümkün olmayacaq. pizza mizza
Şirkət planlaşdırılan cari təmir-bərpa işləri zamanı ölkə elektrik verilişi şəbəkəsində tələb-təklif balansı ilə bağlı problemin olmayacağını da qeyd edib./Report
Telegram kanalımız