İran TV-də Füzuli haqqında səhv məlumat aranı qatdı

saytların hazırlanması

Evə çatdırılma

İran TV-də Füzuli haqqında səhv məlumat aranı qatdı

Rəsmi

24 Aprel 2021 20:36 1191


İran dövlət televiziyasında (IRIB) Məhəmməd Füzuliyə dair yanlışlıq tamaşaçılarda böyük hiddət doğurub.

Yenisabah.az “ISNA”ya istinadla xəbər verir ki, bu gün kanalın “Televiziya Məktəbi”nin ədəbiyyat dərsi zamanı filologiya üzrə elmlər doktoru dərəcəsi olan Hüccət Kəcani Həssar bildirib: “Bu şair (Füzuli – red.) təxəllüsünü təsadüfən seçməyib, əslində, o, Saib Təbrizinin şeirlərindən təsirlənib və Saibin yazdığı hər şeiri bu şair türkcə yazıb”.

Ədəbiyyat dərsi aparıcısının səhv fikrirləri sosial şəbəkələrdə ciddi etiraz paylaşımlarına səbəb olub. Müzakirə iştirakçılarının əksəriyyəti İran dövlət televiziyasından “Televiziya Məktəbi”ndə dərs deyəcək müəllimlərin seçilməsinə daha ciddi olmanı tələb edib. Marqarita pizza

Təbriz Universitetinin ədəbiyyat fakültəsinin dosenti İbrahim İqbali “ISNA”ya açıqlamasında iradların doğru olduğunu bildirib. “Məhəmməd Füzuli hicri X əsrin, Saib Təbrizi isə XI əsrin şairidir və Məhəmməd Füzulinin Saib Təbriinin şeirlərindən deyil, sonuncunun birincidən təsirlənməsi təbiidir”.

Xatırladaq ki, Füzulu 1494-cü ildə, Saib Təbrizi isə 1592-ci ildə anadan olub.

İbrahim İqbali bildirib: “Saib Təbrizi Füzulinin ölümündən təqribən 37 il sonra anadan olub. O, “Füzuli məktəbi”nin davamçısıdır və Füzulinin türkcə yazdığı 18 qəzəlinə nəzirə yazıb.

Məhəmməd Füzulinin dahiliyi və şair qüdrətinə toxunan mütəxəssis deyib: “Füzuli türk, ərəb və fars, yəni üçdilli, “Zül-Sünnə” (“üç dilin sahibi” deməkdir – red.) tituluna sahib olan misilsiz və şairlərdən biridir. O, hicri X əsrin ən böyük Azərbaycan türk şairi kimi tanınır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!