İran Ukrayna təyyarəsinin vurulma səbəbini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

İran Ukrayna təyyarəsinin vurulma səbəbini açıqladı

Hadisə

18 Mart 2021 00:35 658


Ötən ilin yanvarında İran hərbçiləri tərəfindən vurulmuş "Ukraynanın Beynəlxalq hava yolları"nın Tehran-Kiyev reysi ilə uçan təyyarəsi düşmən hədəfi kimi qəbul edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının hadisənin araşdırılması üzrə yekun hesabatında bildirilir.

"Təyyarə hava hücumuna qarşı müdafiənin bölməsi tərəfindən səhvən düşmən hədəfi kimi qəbul edilib, iki raket buraxılıb", - sənəddə deyilir. pizza sifarişi

Məruzə müəllifləri qeyd ediblər ki, nə təyyarənin texniki vəziyyəti, uçuş trayektoriyası, nə də uçuş hündürlüyü buna səbəb ola bilər. Bundan əlavə, sənəddə gələcəkdə oxşar fəlakətlərin qarşısını almaq üçün bir sıra tövsiyələr verilib.

"Ukraynanın Beynəlxalq hava yolları"na məxsus “Boeing 737-800” 8 yanvar 2020-ci ildə səhər saatlarında Tehrandan səmaya qalxdıqdan az sonra vurulub. Nəticədə 176 nəfər həlak olub. Bunlar İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşlarıdır. Bu, Ukrayna aviasiyasının tarixi ərzində ölənlərin sayına görə ən böyük qəza olub. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!