İran uranın zənginləşdirilməsini gücləndirir 

saytların hazırlanması

Evə çatdırılma

İran uranın zənginləşdirilməsini gücləndirir 

Maraqlı

09 İyul 2022 22:12 951


İran uranın zənginləşdirilməsi səviyyəsini 20%-ə qədər artırmaq üçün müasir texnologiyadan istifadə edir.

Yenisabah.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi MAQATE hesabatına istinadən məlumat yayıb.

Bildirilib ki, Fordo nüvə obyektində dəyişdirilmiş sentrifuqaların istifadəsi zənginləşdirmənin bir səviyyəsindən digərinə keçməyi asanlaşdıracaq. Dördpendirli pizza

Texnologiya 5%-ə qədər zənginləşdirilmiş uranın daha yüksək səviyyəyə çatdırılması üçün istifadə olunur. IR-6 sentrifuqalarının istifadəsi uranın 20%-ə qədər zənginləşdirilməsini asanlaşdıracaq.

2018-ci ildə ABŞ İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində Tehrana qarşı sanksiyaların ləğvini nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) çıxıb Razılaşmadan əvvəl İran uranı 20%-ə qədər zənginləşdirib, saziş zənginləşdirməni 3,67%-ə qədər məhdudlaşdırıb. ABŞ-ın sazişdən çıxmasına cavab olaraq, İran da JCPOA çərçivəsində öhdəliklərin bir hissəsindən imtina edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!