İran və Azərbaycan arasında sərhəddə görüş keçirildi

saytların hazırlanması

Evə çatdırılma

İran və Azərbaycan arasında sərhəddə görüş keçirildi

Siyasət

01 Oktyabr 2025 21:23 464


İran və Azərbaycan arasında növbəti sərhəd görüşü baş tutub. Son bir il ərzində 160 belə görüş keçirilib.

Yenisabah.az "Azad İran"a istinadən xəbər verir ki, bunu Parsabad sərhəd bölüyünün komandiri Zəfər Müniri bildirib.

Onun sözlərinə görə, bu görüşlər əsasən sərhəd təhlükəsizliyinin artırılması, sərhədyanı ərazilərdə baş verən problemlərin həlli və ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır. pizza

Sərhəd komandiri bildirib ki, İranın Polis Komandanlığının (FƏRACA) xüsusi qurumu sərhəd hərəkətlərinin monitorinqi, əməliyyatların koordinasiyası, sərhəd qanunvericiliyinin icrası və diplomatik tədbirlərin həyata keçirilməsi ilə məşğuldur.

O qeyd edib ki, bu həftə ərzində Parsabad, Biləsuvar və Aslanduz bölgələrində 50 xüsusi sərhəd təhlükəsizlik proqramı həyata keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!