“İran və Azərbaycan qonşu olaraq bir birinə çox kömək edə bilər” - Məsud Pezeşkian

saytların hazırlanması

Evə çatdırılma

“İran və Azərbaycan qonşu olaraq bir birinə çox kömək edə bilər” - Məsud Pezeşkian

Siyasət

27 Aprel 2025 21:17 309


Biz qonşu olaraq bir-birimizə çox kömək edə bilərik.

Yenisabah.az xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, ölkələr arasında əməkdaşlıq imkanları mövcuddur: “İki qonşu və qardaş bir-biri ilə nə etməlidir? Ölkələrimiz arasında sağlam əlaqələrin yaradılması üçün əl-ələ verib əməkdaşlıq edə bilərik. Universitetlərimiz arasında əlaqələr yarada, görüşlərdə ticarət əlaqələrini müzakirə edə bilərik”. Dominos pizza

“Bu tay, o tay bir birmizlə qohumuq. Gediş-gəlişlər töhfə verir. Ona görə də bir-birimizin gediş-gəlişimiz üçün yolları açmalıyıq. Bir-birimizə kömək edə, hər iki ölkənin xalqına sakit, yaxşı həyat yarada bilərik”, - İran Prezidenti vurğulayıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!