İran və Ermənistan ikinci körpünün tikintisi barədə razılaşdı

saytların hazırlanması

Evə çatdırılma

İran və Ermənistan ikinci körpünün tikintisi barədə razılaşdı

Dünya

19 Avqust 2025 13:16 300


Tehran və İrəvan ikinci Norduz körpüsünün tikintisi barədə razılığa gəliblər.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq bildirib.

O deyib: “Yol sahəsində iki ölkə ikinci Norduz körpüsünün tikintisi, mövcud körpünün yaxşılaşdırılması, terminalların nizamlanması və yük maşınları üçün rüsumların tənzimlənməsi ilə bağlı ilkin razılıq əldə ediblər”. Sezar pizza

Nazir əlavə edib ki, Fars körfəzi ilə Qara dənizi dəmir yolu vasitəsilə birləşdirəcək strateji layihə irəliləyir.

“İranda Culfa istiqamətində dəmir yolu artıq mövcuddur və onun Naxçıvandan İrəvana qədər davam etdirilməsi təsdiqlənib. Bu dəmir yolu İran, Azərbaycan, Ermənistan və Avropa arasında tranzitdə mühüm rol oynaya bilər”, – deyə Sadiq qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!