İran və Ermənistan Zəngəzurda təlimlərə başladı - Plan nədir?

saytların hazırlanması

Evə çatdırılma

İran və Ermənistan Zəngəzurda təlimlərə başladı - Plan nədir?

Siyasət

10 Aprel 2025 21:46 731


Xəbər verdiyimiz kimi, İran və Ermənistanın sərhədyanı bölgədə birgə sülhməramlı təlimlər başlayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları komandanının müavini, briqada generalı Vəliullah Mədəni bu barədə məlumat vermişdi. General bildirib ki, İranla Ermənistan arasındakı bu bölgələr geosiyasi baxımdan strateji əhəmiyyət daşıyır. Rəsmi Tehranın bu addımı regionda təhlükəsizlik və sabitliyin qorunmasına yönəlik bir mesaj kimi təqdim olunur.

Bəs bu təlimlərin arxasında hansı məqsədlər dayanır? Həqiqətənmi bu hərbi hazırlıqlar sülhməramlı xarakter daşıyır, yoxsa regionda güc balansına yönəlmiş siyasi manevrdir?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan deyib ki, İran və Ermənistan arasında xüsusi təyinatlıların təlimi keçirilir: pizza hut

“Təlim sabah başa çatacaq. Tərəflər təlimi öz ərazilərində keçirir. Bunun fonunda İran və Ermənistan xüsusi təyinatlıları sərhəddə birgə şərti terror qruplaşmasını neytrallaşdıracaqlar. Bunu çoxdan keçirməyi planlaşdırırdılar. İran və Ermənistan arasında sərhəd məntəqələrində Rusiya hərbçilərinin ermənilərlə əvəzlənməsindən sonra bu tədbir reallaşır. Ermənistan və İran hansı məqsədi güdür? Rəsmi İrəvan İrana xoşməramlı jest edir. Çünki bir müddət əvvəl ABŞ-ın Ermənistana hərbi texnika yerləşdirməsinə dair xəbərlər yayılmışdı. Ermənistan göstərmək istəyir ki, onun ərazisindən İran ABŞ qüvvələri tərəfindən təhdid edilməyəcək”.

sedreddin soltan 11

Sədrəddin Soltan

Siyasi şərhçinin sözlərinə görə, İrəvan İrana təminat verir:

“Onun ərazisindən hərbi müdaxilənin olmayacağını göstərir. Tərəflər Zəngəzur bölgəsində bu təlimi keçirməklə həm də əraziyə hər iki tərəfin nəzarət etmək imkanının olduğunu nümayiş etdirir. İran Zəngəzur məsələsini özü üçün qırmızı xətt elan edib. Sülhməramlı məsələsi isə mümkün deyil. Ermənistan ərazisində hər hansı münaqişə yoxdur. Münaqişə olmadığı halda sülhməramlıların yerləşdirilməsi məntiqli deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!