İran və Rusiya Azərbaycan vasitəsilə enerji mübadiləsi aparacaq

saytların hazırlanması

Evə çatdırılma

İran və Rusiya Azərbaycan vasitəsilə enerji mübadiləsi aparacaq

İqtisadiyyat

16 İyul 2023 14:36 3399


İran və Rusiya Ermənistan, Gürcüstan və Azərbaycan vasitəsilə elektrik enerjisi mübadiləsi aparacaq.

Yenisabah.az Mehr News-a istinadla xəbər verir ki, bunu İranın energetika naziri Əli Əkbər Mehrabian bildirib.

O qeyd edib: “Rusiya ilə elektrik enerjisinin mübadiləsi üçün biz iki marşrutdan - Azərbaycan və Ermənistan-Gürcüstandan istifadə etdik. Hazırda yekun danışıqlar və icra prosesindəyik”. Dördpendirli pizza

İranın energetika naziri əlavə edib ki, İran bəzi qonşularla elektrik enerjisini ödənişsiz mübadilə etmək niyyətindədir:

“Tezliklə Azərbaycan vasitəsilə Rusiya ilə elektrik enerjisi mübadiləsinə başlayacağıq. Ermənistan və Gürcüstan vasitəsilə Rusiyanın elektrik şəbəkəsinə qoşulma da gündəmdədir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!