İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian türkiyəli vəzifədaşı Mövlud Çavuşoğlu ilə telefon söhbəti aparıb.
Yenisabah.az "Fars News"a istinadla xəbər verir ki, iki ölkə arasında ətraf mühitin qorunması və su ehtiyatlarının ortaq idarə olunması sahəsində əməkdaşlıq söhbətin əsas mövzusu olub.
Həmçinin, ikitərəfli münasibətlər, bəzi regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparılıb. pizza
Türkiyənin xarici işlər naziri İkitərəfli Strateji Əməkdaşlıq üzrə Ali Şuranın yeddinci iclasını mümkün qədər tez keçirməyə və Türkiyə prezidenti Ərdoğanın Tehrana səfərini planlaşdırmağa hazır olduğunu vurğulayıb.
Tərəflər Birgə Su Komitəsinin iclaslarını davam etdirəcək.
Telegram kanalımız