İranda ənənəvi xəttatlıq sənəti YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 16-cı iclasında o, “İranda ənənəvi xəttatlıq sənətinin qorunması üzrə Milli Proqram” adı altında qeydə alınıb.
Bununla bərabər, Səudiyyə Ərəbistanı, Əlcəzair, Bəhreyn, Misir, İraq, İordaniya, Küveyt, Livan, Mavritaniya, Mərakeş, Oman, Fələstin, Sudan, Tunis, BƏƏ və Yəmən də daxil olmaqla, 16 ölkənin birgə faylı kimi “Ərəb xəttatlığı üzrə bilik, bacarıq və üsullar” UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Marqarita pizza
Türkiyə isə “Türkiyədə İslam sənətində ənənəvi xəttatlıq olan "Hüsn-i Hat”ı (Hüsn-Xətt) Qeyri-Maddi Mədəni İrs Siyahısına əlavə etdirə bilib.
Telegram kanalımız