İran vətəndaşlarının kütləvi köçü başlayıb? - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

İran vətəndaşlarının kütləvi köçü başlayıb? - Rəsmi açıqlama

Siyasət

15 İyun 2025 15:13 19651


İrandan Türkiyəyə köçün başlanmasına dair yayılan məlumatlar dezinformasiyadır.

Yenisabah.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiynə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin nəzdində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzindən bildirilib.

Qeyd olunub ki, bu səpkili paylaşımlar dezinformasiya məqsədlidir. Marqarita pizza

Həmçinin açıqlamada Daxili İşlər Nazirliyinin Türkiyə – İran sərhədində sıxlıq, fövqəladə dinamika, yaxud qanunsuz miqrasiya elementləri olmamasına dair informasiyasına da yer verilib.

“Bundan əlavə, sərhədlərimiz ən qabaqcıl texnologiya ilə təchiz edilmiş fiziki təhlükəsizlik sistemləri ilə mühafizə bölmələrimiz tərəfindən 24/7 nəzarət olunur”, – məlumatda bildirilib.

Qeyd olunub ki, sərhədləri pozmaq cəhdinin qarşısı dərhal alınır: “Vətəndaşlarımızdan bu cür dezinformasiya xarakterli yazılara inanmamalarını və yalnız səlahiyyətli orqanların yaydığı açıqlamaları nəzərə almaları xahiş olunur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!