İran Xəzərdə hərbi təlimlərə başladı

saytların hazırlanması

Evə çatdırılma

İran Xəzərdə hərbi təlimlərə başladı

Rəsmi

09 İyul 2022 00:45 907


Bu gün İran İslam Respublikası Xəzər dənizində “Sabit Təhlükəsizlik 1401” adlı hərbi təlimlərə başlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

Ölkənin Hərbi Dəniz Qüvvələri komandanının müavini Hamzeh Əli Kaviani İranın hər il Xəzər dənizində “Daimi Təhlükəsizlik” təlimləri keçirdiyini bildirib və əlavə edib ki, bu il təlimlərdə raket gəmiləri, helikopterlər və pilotsuz uçuş aparatları iştirak edir. pizza mizza

Hər il keçirilən hərbi təlimlərin məqsədi hərbi birləşmələr arasında qarşılıqlı əlaqə yaratmaq və təcrübə mübadiləsi aparmaqdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!