İran XİN Azərbaycana dair çirkin iddianı təkzib etdi: “Əminliklə demək istəyirəm ki...”

saytların hazırlanması

Evə çatdırılma

İran XİN Azərbaycana dair çirkin iddianı təkzib etdi: “Əminliklə demək istəyirəm ki...”

Dünya

30 İyun 2025 12:37 943


Esmail Bəqai bugünkü mətbuat konfransında İsrail PUA-larının Azərbaycan ərazisindən istifadə etməsi barədə iddialara cavab verib.

Yenisabah.az snn-ə istinadla xəbər verir ki, İran XİN-in sözçüsü bildirib:

"İstisnasız olaraq, bütün qonşu ölkələr bizi əmin etdilər ki, öz məkan və ərazilərindən İrana qarşı təcavüzkar hərəkətlər üçün sionist rejimin (İsrail - red.) istifadə etməsinə icazə verməyəcəklər. Bu ölkələrlə media hesabatlarında iddia olunan məsələni müzakirə etdik və onların izahatlarını eşitdik. Əminliklə demək istəyirəm ki, bütün hallar müvafiq ölkələr tərəfindən açıq və qətiyyətlə rədd edilib və belə bir sui-istifadəyə icazə verilməyib və gələcəkdə də verilməyəcək. Amma bu məsələ hələ də izlənilir". Toyuqlu pizza

Xarici İşlər Nazirliyinin sözçüsü yekunlaşdırıb: “Silahlı qüvvələrimiz, təhlükəsizlik və hərbi qurumlarımız bu sayaq istənilən hadisəni mütləq izləyəcək və lazım gəldikdə məlumat verəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!