İran XİN-dən təkzib: “Ərdoğan haqqında tvit...“

saytların hazırlanması

Evə çatdırılma

İran XİN-dən təkzib: “Ərdoğan haqqında tvit...“

Rəsmi

12 Avqust 2022 10:12 1235


İran XİN "Twitter"dəki 2 paylaşımla bağlı bəyanat yayıb.

Yenisabah.az xəbər verir ki, söhbət İslam Respublikasının Ermənistandakı keçmiş səfiri Kazem Səccadinin adından atılmış 2 tvitdən gedir.

Birinci post Suriya prezidentinin xanımı Əsma Əsədin adı hallanmaqla iranlı islahatçıların "qurşaqdan aşağı siyasi" düşüncəsi hədəfə alınıb. Digər bir postda Ermənistan müdafiə olunmaqla, Türkiyə və Ərdoğan əleyhinə ifadələr işlənib. Digər dövlətlər "köməyə çağırılmaqla, Ankaranın Qafqaza suriyalı terrorçular gətirməsi"nin qarşısının alınması zərurəti vurğulanıb. Marqarita pizza

İran XİN-in bəyanatında qeyd olunub ki, hazırda xarici işlər nazir müavini olan Kazem Səccadinin "Twitter"də heç bir rəsmi hesabı yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!