İran XİN İƏT toplantısını keçirtmək çağırışı etdi

saytların hazırlanması

Evə çatdırılma

İran XİN İƏT toplantısını keçirtmək çağırışı etdi

Dünya

07 Avqust 2025 17:10 209


İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qəzza zolağında vəziyyətlə əlaqədar fövqəladə toplantısının keçirilməsinə çağırış edib.

Yenisabah.az mehr-ə istinadla xəbər verir ki, o, İƏT-in Baş katibi Hissein Brahim Taheyə, Türkiyənin xarici işlər naziri Hakan Fidana və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal bin Farhana ünvanladığı məktubunda Qəzzada humanitar vəziyyəti müzakirə etmək, təcili humanitar yardımın çatdırılmasını əlaqələndirmək, bölgənin taleyi ilə bağlı hüquqi və siyasi aspektlərini araşdırmaq üçün buna zərurət olduğunu bildirib.

“Bununla rəsmi olaraq İƏT Xarici İşlər Nazirləri Şurasının fövqəladə yığıncağının, mümkün olduqda, Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkilatın Katibliyinin qərargahında keçirilməsini xahiş edirəm", - A.Əraqçi məktubunda qeyd edib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!