İran XİN: “SEPAH-ın hərbi təlimləri Cənubi Qafqazdakı qonşularına qarşı yönəlməyib”

saytların hazırlanması

Evə çatdırılma

İran XİN: “SEPAH-ın hərbi təlimləri Cənubi Qafqazdakı qonşularına qarşı yönəlməyib”

Rəsmi

24 Oktyabr 2022 19:46 945


İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qərbi Azərbaycan vilayətində keçirilən təlimləri Cənubi Qafqazda qonşu ölkələrə qarşı yönəlməyib.

Yenisabah.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani həftəlik mətbuat konfransında bildirib.

“Silahlı qüvvələrimizin bölgədəki təlimləri heç bir qonşu dövlətə (Cənubi Qafqazda) qarşı yönəlməyib... İranın hərbi təlimləri ilə bağlı bildiriş almalı olanlar artıq bunu alıblar və yenidən alacaqlar”, - deyə Kənani bildirib. Dominos pizza

Xatırladaq ki, oktyabrın 17-də İran İslam İnqilabı Keşikçiləri Korpusu Araz çayı ərazisində quru qoşunlarının hərbi təlimlərinə başlayıb. Manevrlər bir neçə gün davam edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!