“Azərbaycan Respublikası ərazilərinin işğaldan azad edilməsi Qafqaz və ətraf ölkələrin əməkdaşlığı üçün zəmin yaradır”.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında İran XİN-in sözçüsü Səid Xətibzadə bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının 3 + 3 formatlı regional əməkdaşlıq platforması yaratmaq təklifi dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında tam mümkündür. Marqarita pizza
Xətibzadə qeyd edib: “Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi Qafqaz ölkələri, habelə İran İslam Respublikası, Rusiya və Türkiyə daxil olmaqla, həmsərhəd üç ölkə arasında əməkdaşlıq üçün münbit zəmin yaradır. Buna görə də, İran regional səviyyədə diplomatik hərəkətlərində bu modeli təqib edir”.
XİN-in sözçüsü vurğulayıb: “İran Qafqazın üç ölkəsi, həmçinin, Rusiya və Türkiyə ilə sıx əlaqələrə malikdir, o, əməkdaşlığın reallaşması istiqamətində ilk addımları ata bilər”.
Telegram kanalımız