İran yaxın günlərdə İsrailə zərbə endirəcək

saytların hazırlanması

Evə çatdırılma

İran yaxın günlərdə İsrailə zərbə endirəcək

Dünya

01 Noyabr 2024 08:13 571


İran bir neçə gün ərzində İraq ərazisindən İsrailə böyük zərbə endirməyə hazırlaşır.

“Report”un məlumatına görə, bu barədə İsrail kəşfiyyatındakı mənbələrə istinadən "Axios" portalı məlumat yayıb.

Qeyd olunub ki, Tehran noyabrın 5-də ABŞ-da keçiriləcək ümumi seçkilərə qədər çoxlu sayda pilotsuz uçuş aparatlar və ballistik raketlərin iştirakı ilə əməliyyat keçirə bilər. Dominos pizza

Portalın məlumatına görə, İraq ərazisindən hücum İrandakı strateji hədəflərə İsrailin növbəti hücumundan qaçmaq cəhdidir.

Vaşinqton administrasiyasındakı həmsöhbət nəşrə bildirib ki, ABŞ İran hakimiyyətinin yaxın vaxtlarda zərbə endirmək qərarı barədə məlumatsızdır.

Bundan əvvəl CNN analoji bəyanatla çıxış edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!