İran yeni raketi sınaqdan çıxarıb? - Keçmiş “Sepah” generalı: “Açıqlaya bilmərəm”

saytların hazırlanması

Evə çatdırılma

İran yeni raketi sınaqdan çıxarıb? - Keçmiş “Sepah” generalı: “Açıqlaya bilmərəm”

Dünya

10 Noyabr 2024 15:43 2411


“Mən bu planın təfərrüatlarına açıqlaya bilmərəm, lakin çəkindirmə və təhlükəsizliyini təmin etmə üçün ölkəmiz hər cür silaha sahib olmalıdır".

Yenisabah.az Entekhab-a istinadla xəbər verir ki, bunu keçmiş "Sepah" generalı, İran parlamentinin üzvü İsmayıl Kousəri deyib.

O, İranın şimal-şərqindəki Şahrud kosmik mərkəzindən buraxılan raket barədə bundan artıq danışmaq istəməyib. Pepperoni pizza

Noyabın 8-də fəzaya buraxılmış raketin qitələrarası olmasına dair iddialar var. Bəzi ekspertlər səmada görünmüş gur parıltını uçuş məsafəsi və çox yüksək sürətinə ilə seçilən hərbi texnkanın ilk sınağı kimi qiymətləndirib.

İsmayıl Kousəri bu iddialarla bağlı birbaşa cavabdan yayınaraq bildirib: "Müxtəlif testləri mümkün qədər tez keçirməyə çalışırıq. Məqsədlərimizə çatmağa çalışırıq, onlardan biri də raket məsələsidir".

Xatırladaq ki, bundan əvvəl İran parlamentinin digər üzvü - Əhməd Naderi İranın mümkün qədər tez nüvə sınağı keçirməlisini təklif edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!