İran yenidən hava məkanını açır

saytların hazırlanması

Evə çatdırılma

İran yenidən hava məkanını açır

Dünya

04 İyul 2025 00:23 502


İran öz hava məkanını yenidən açıb və əksər hava limanlarının işini bərpa edib.

"Report"un "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Mülki Aviasiya Təşkilatı bildirib.

"Mehrabad və İmam Xomeyni adına hava limanları, eləcə də ölkənin şimal, şərq, qərb və cənub hava limanları yenidən fəaliyyətə başlayıb və bütün xidmətləri təqdim etməyə hazırdırlar", - bəyanatda deyilir. Dominos pizza

Qeyd olunur ki, İsfahan və Təbriz hava limanları istisna olmaqla, bütün hava limanlarında daxili və beynəlxalq uçuşlar saat 05:00-dan (Bakı vaxtı ilə 05:30) 18:00-a (18:30) qədər həyata keçiriləcək.

Ötən gün İranın Yollar və Şəhərsalma Nazirliyinin rəsmi nümayəndəsi Məcid Əhəvan bildirib ki, ölkə beynəlxalq tranzit uçuşlar üçün öz hava məkanını bağlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!