"İran yük maşınlarının Ermənistana gedən yolu dəyişməyib və əvvəlki prosedura uyğun olaraq həyata keçiriləcək".
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın Şərqi Azərbaycan əyaləti Avtomobil yolları və avtomobil nəqliyyatı Departmentinin baş direktoru Orucəli Əlizadə bildirib.
O, yük maşınlarının hərəkət marşrutunun hələ də Norduz sərhəd məntəqəsindən həyata keçirildiyini qeyd edib. Toyuqlu pizza
Əlizadə əlavə edib: "Hazırda yük maşınlarının hərəkətində heç bir məhdudiyyət yoxdur".
Baş direktor Azərbaycan Respublikası hökumətinin İran yük maşınlarından bu marşrutda hələ də gediş haqqı aldığını vurğulayıb. Culfa yolu ilə Naxçıvanın Ermənistana gedən marşrutun bağlı olduğunu və bu marşrutla Ermənistana gediş-gəliş edilmədiyini bildirib:
"Bu marşrutda yalnız Azərbaycan və İran yük maşınları ilə Türkiyəyə giriş-çıxış var".
Telegram kanalımız