İran zədələnmiş sistemləri bərpa edib - Musəvi

saytların hazırlanması

Evə çatdırılma

İran zədələnmiş sistemləri bərpa edib - Musəvi

Dünya

20 İyul 2025 16:14 406


İran zədələnmiş sistemləri yeniləri ilə əvəz etməklə, öz hava hücumundan müdafiə sistemini uğurla bərpa və hava məkanının daimi təhlükəsizliyini təmin edib.

Yenisabah.az mehr-ə istinadla xəbər verir ki, bunu İran Ordusunun əməliyyatlar üzrə müavini kontr-admiral Mahmud Musəvi bildirib.

O qeyd edib ki, mövcud hava hücumundan müdafiə sistemlərindən (HHMS) istifadə etməklə və zədələnmiş sistemləri dəyişdirməklə ölkə öz hava məkanını tam əhatə etməyə və İranın hava məkanının təhlükəsizliyini təmin etməyə nail olub. pizza

Musəvi 12 günlük müharibə zamanı İran Silahlı Qüvvələri və Quru Qoşunlarının əldə etdiyi nailiyyətləri xatırladıb.

"Müharibədə sionist düşmənin ilk hədəfləri radarlarımız və hava hücumundan müdafiə sistemlərimiz olub. Mövcud sistemlərdən istifadə etməklə və yeni ehtiyat hissələri yerləşdirərək hava məkanını bərpa etməyə nail olduq, bununla da sevimli İranımızın hava məkanının təhlükəsizliyini təmin etdik. Ona görə də, bütün ümidsiz cəhdlərinə baxmayaraq, düşmən öz məqsədlərinə nail ola bilmədi".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!