İrana məxsus 42 milyon dollarlıq narkotik ələ keçirildi

saytların hazırlanması

Evə çatdırılma

İrana məxsus 42 milyon dollarlıq narkotik ələ keçirildi

Maraqlı

22 Aprel 2023 08:00 851


ABŞ Hərbi Dəniz Qüvvələri Oman körfəzində 42 milyon dollar dəyərində narkotik keçirməyə çalışan balıqçı gəmisini ələ keçirib. 

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ donanması məlumat yayıb.

Məlumata görə, ələ keçirilən gəminin dörd ekipaj üzvü özlərini İran vətəndaşı kimi təqdim ediblər. pizza sifarişi

ABŞ gəmisi qaçaqmalçılara çatmazdan əvvəl onlar 50 kisə narkotiki gəmidən atmağa çalışıblar. Kisələrin bəziləri daha sonra sudan çıxarılıb.

Hərbçilərin məlumatına görə, 2023-cü ilin əvvəlindən ABŞ Hərbi Dəniz Qüvvələri bu bölgədəki qaçaqmalçılardan təxminən 150 milyon dollar dəyərində narkotik maddə ələ keçirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!